
İngiltərə və Uels həbsxanalarında hər il 200-dən çox insan ölür
İngiltərə və Uels həbsxanalarında hər il 200-dən çox insan dünyasını dəyişir.
Busaat.az xəbər verir ki bu barədə Böyük Britaniya Milli Statistika İdarəsinin açıqlamasında bildirilib.
ONS-in məlumatına görə, həyatını itirənlərin 97 faizi kişilər, qeyd olunan dövrdə dünyasını dəyişən 94 qadın isə ümumi ölənlərin 3 faizini təşkil edib.
Bundan əlavə, bu müddət ərzində həbsxanada qeydə alınan ölümlərin 677-nin intihar, 145-nin isə narkotik istifadəsi səbəbindən baş verdiyi bildirilib.
Busaat.az























