İngiltərə yenə sərt karantinə keçdi

İngiltərə yenə sərt karantinə keçdibackend

İngiltərə üçüncü dəfə sərt karantin rejiminə keçib. Busaat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boris Conson məlumat verib.

O, koronavirusun mutasiyaya uğramış SARS-CoV-2 növünün yayılmasından kədərləndiyini, bu səbəbdən tədbirlər görüldüyünü qeyd edib.

Sərt karantinin fevralın ortalarına qədər davam etməsi planlaşdırılır. Conson bildirib ki, market, aptek istisna olmaqla küçəyə çıxmaq qadağan olunacaq, hər kəs evdən işləyəcək, restoranlar bağlanacaq.

Həmçinin məktəblər distant təhsilə keçəcək, imtahanlar təxirə salınacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90