
İngiltərədə etiraz aksiyaları keçirilib
İngiltərənin paytaxtı Londonda yaşayış bahalığına və qənaət siyasətinə etriaz edən minlərlə nümayişçi enerji qiymətlərinin aşağı salınması və maaşların artırılması tələbi ilə aksiyalar keçirib.
Busaat.az xəbər verir ki, bir çox qeyri-hökumət təşkilatı və həmkarlar ittifaqı üzvləri hakim Mühafizəkarlar Partiyası hökumətinin iqtisadiyyat və immiqrasiya siyasətinə etiraz etmək üçün paytaxtdakı Embankment qatar stansiyasının qarşısına toplaşıb.
Böyük Britaniyanın Baş naziri Rişi Sunakın sərt qənaət siyasətinə reaksiya göstərən nümayişçilər əllərində “Enerji fakturalarını azaldın, maaşları artırın”, “Mühafizəkarlar partiyası istefa versin” , “İndi ümumi seçki vaxtıdır” , “Qaçqınlar xoş gəlmisiz” sözləri yazılmış plakatlar tutub.
Paytaxtın məşhur Trafalqar meydanına toplaşmazdan əvvəl nümayişçilər Baş Nazirliyin qarşısından keçərək hökumət əleyhinə şüarlar səsləndirib.
Qeyd edək ki, İngiltərə Baş Nazirlik binası qarşısından keçən etirazçılara qarşı geniş təhlükəsizlik tədbirləri görüb.
Busaat.az























