
İngiltərədə rus oliqarxlarına dondurulmuş hesablardan pul xərcləməyə icazə verilib - NYT
Britaniya Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar ölkıdə aktivləri dondurulmuş ruslar üçün kifayət qədər səxavətli “imtiyazlar” verib.
Busaat.az The New York Times-ə istinadən xəbər verir ki, britaniyalılar rusiyalı milyarderlərə dondurulmuş aktivlərin bir hissəsini cari ehtiyaclar üçün istifadə etməyə icazə veriblər.
Hökumət rusiyalı oliqarxların bank hesablarının dondurulduğu iddiasına baxmayaraq, onlara şəxsi aşpaz, yüz minlərlə dollar xərcləməyə icazə verib.
“Lisenziyalar” adlanan bu istisnalar bəzi hallarda oliqarxlara Britaniyada yaşamaq üçün ildə 1 milyon dollardan çox pul xərcləməyə imkan verir. Bəzi hallarda hökumət məhkəmədə uduzaraq məhdudiyyətləri tamamilə aradan qaldırmağa məcbur olur.
The New York Times-ın məlumatına görə, rusiyalı bankir Mixail Fridman 19 nəfərin – sürücülərin, aşpazların, təmizlikçilərin və s. xidmətlərin haqqını ödəmək üçün “lisenziya” alıb. Sanksiyaların tətbiq olunduğu 10 ay ərzində Fridman bu məqsədlər üçün təxminən 400 min dollar xərcləyib. Bundan əlavə, Britaniya hakimiyyəti ona “ailəsinin əsas ehtiyacları” üçün ayda daha 9 min dollar xərcləməyə icazə verib.
Fridmanın keçmiş iş ortağı Petr Avenə də ehtiyacları üçün, əsasən də təhlükəsizlik şirkətinin xidmətləri üçün ayda 60.000 funt-sterlinq (təxminən istifadə etməyə icazə verilib.
Qeyd edilir ki, keçən il Böyük Britaniya Xəzinədarlığı ən azı 82 belə “lisenziya” verib.
Busaat.az























