Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 481 $▲0.58%
  • Ethereum1 813 $▲2.49%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İngiltərədən İran iddiası: “Oğurlamaq və öldürmək...”

image-iran-rejimi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Britaniya kəşfiyyat xidməti MI5 İran kəşfiyyatının britaniyalı iranlıları qaçırıb öldürməyə çalışdığını iddia edib.

Busaat.az xəbər verir ki, bu barədə Britaniyanın daxili kəşfiyyat xidməti MI5-in baş direktoru Ken Makkallum bəyanat verib.

Bəyanatda bu il İran kəşfiyyat xidmətinin Britaniyada yaşayan İran vətəndaşlarını, həmçinin Britaniya vətəndaşı olmayan iranlıları qaçırmaq və hətta öldürmək üçün ən azı 10 cəhd etdiyi bildirilib.

Britaniyanın üzləşdiyi təhlükələrlə bağlı Makkallum İrana xəbərdarlıq edib.

“Reuters”in məlumatına görə, Makkallum İranda Məhsa Əminin həbsdə ölməsindən sonra başlayan etiraz dalğasının zorakılıqla yatırıldığını bildirib və bu ifadələri işlədib: “İran kəşfiyyat xidmətləri vasitəsilə Britaniyaya birbaşa təhlükə yaradır. Ən kəskin halda bu, rejimin düşmənləri kimi qəbul edilən Britaniya vətəndaşlarını və ya Böyük Britaniyada yaşayan iranlıları qaçırmaq və hətta öldürmək ambisiyalarını da əhatə edir. Biz təkcə yanvar ayından ən azı 10 potensial təhlükəni aşkar etmişik”.

İrandakı hazırkı etiraz dalğasının totalitar rejimlə bağlı fundamental suallar doğurduğuna diqqət çəkən Makkallum deyib: “Bu, böyük bir dəyişikliyə səbəb ola bilər, lakin gedişat qeyri-müəyyəndir”.

Qeyd edək ki, Sentyabrın 16-da İranın paytaxtı Tehranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmini həmin gün dünyasını dəyişib və bu ölkədə hiddətə səbəb olub.

Sentyabrın 17-də Əmini doğulduğu Sakkız şəhərində dəfn edilib. Dəfindən sonra başlayan nümayişlər ölkənin bir çox şəhərlərinə yayılıb.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90924