Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft89.56 $▼2.05%
  • WTI neft84.24 $▼1.67%
  • Avropa qazı (TTF)83.00 €▲0.81%
  • Təbii qaz (ABŞ)3.238 $▲0.78%
  • Qızıl4 096 $▼0.70%
  • Gümüş52.65 $▼1.13%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda589.25 ¢▲0.08%
  • Bitcoin74 349 $▼1.21%
  • Ethereum2 098 $▼1.59%
  • S&P 5007 550▲2.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Hadisə

İntihar edən abituriyentin müəllimi: “63 bal toplayıb, çox az idi bu onun üçün”

image-1620412144_946666
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Çox ağıllı, tərbiyəli uşaq idi. Sinfin ən yaxşı uşağı elə Şəfaət sayılırdı. Onun bu hərəkəti bizi elə sarsıtdı ki… Söz tapmıram. Daha başqalarından nə gözləyək?”

Busaat.az  xəbər verir ki, bu gün intihar xəbəri yayılan Şəfaət Məmmədovun müəllimi, Ağdam rayon Orta Qərvənd kənd məktəbinin direktoru Həqiqət Əliyeva lent.az-a açıqlamasında deyir bu sözləri.

Təxminən bir ay öncə aprelin 15-16 da keçirilən buraxılış imtahanlarında iştirak edən 17 yaşlı abituriyent Şəfaət Məmmədov ötən gecə naməlum səbəblərdən özünü tövlədə asıb. Hər kəs onun bu addımı atmasına səbəb kimi imtahanda az bal toplamasını görür.

“63 bal toplayıb. Çox az idi bu onun üçün. Çox savadlı uşaq olub. Axırıncı dəfə onu imtahandan sonra gördüm. Mənə dedi ki, “Müəllim, imtahanı yaxşı vermişəm. Yüksək bal toplayacam”.

Şəfaətin ailədə heç bir basqı görmədiyini deyir Həqiqət müəllimə.

“Ailədə iki uşaq idilər. Bacısı Bakı Slavyan Universitetinin tələbəsidir. O qədər tərbiyəli ailədir ki, heç vaxt ona basqı olmayıb. Düşünmürəm ki, imtahanda az bal topladığına görə də ona hər hansı şiddət etsinlər. Öz gözləntisi yüksək idi. Yəqin ki, öz qarşısında xəcalət hissi keçirib o”.

Qeyd edək ki, 17 yaşlı Şəfaət Məmmədov ötən gün axşam saatlarında yaşadığı evin həyətindəki tövlədə özünü asıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=46151