
İnvestorlar Ermənistandan qaçır – Erməni nəşrindən ETİRAF
Ermənistan Statistika Komitəsi ötən ilin yanvar-sentyabr aylarında ölkəyə yatırılan xarici investisiyaların həcmini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının gündəlik “Joqovurd” qəzeti yazır.
Buna əsasən, Ermənistana ümumi investisiyalar əhəmiyyətli dərəcədə azalaraq 2021-ci ilin 9 ayında həyata keçirilən 156 milyard 396 milyon dramdan 75 milyard 533 milyon drama düşüb. Ötən ilin 9 ayında birbaşa investisiyalarını Ermənistandan çıxaran ölkələr var. Ermənistandan Böyük Britaniyaya ixrac edilən kapital 2 milyard 405 milyon dram təşkil edib. Çin Ermənistandan 54,1 milyon dram məbləğində kapitalını çıxarıb. Bunun əvəzinə Gürcüstan Ermənistana birbaşa investisiyaların həcmini artırıb.
Almaniya birbaşa Ermənistana investisiyaların həcmini əhəmiyyətli dərəcədə azaldıb. Əgər 2020-ci ilin 9 ayında onlar 43 milyard 25 milyon dram təşkil edirdisə, ötən ilin eyni dövründə birbaşa investisiyalar 6 milyard 602 milyon dram olub.
Hollandiya ötən ilin yanvar-sentyabr aylarında Ermənistandan 20 milyard 246 milyon dram məbləğində kapitalını çıxarıb.
Məlumat üçün bildirək ki, Rusiyadan investisiyalarının həcmi son ildə xeyli artıb. 2021-ci ilin yanvar-sentyabr aylarında Rusiya Federasiyası Ermənistandan 7 milyard 727 milyon dram kapital çıxarıb, ötən ilin 9 ayında isə 59 milyard 864 milyon dram sərmayə yatırıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda bütün insanların qanun qarşısında bərabərliyi bərqərar olduğu üçün ölkədə sərmayələr üçün müsbət şərait yaradıldığını və tezliklə sərmayələrdə artım olacağını dəfələrlə vurğulayıb.
Göründüyü kimi, vəziyyət əksinədir; investorlar Ermənistandan qaçır.
Busaat.az























