
İordan çayının qərb sahilinə silahlı basqın - 3 ölü, 29 yaralı
İsrail qüvvələrinin Cenin şəhərinə təşkil etdiyi basqın zamanı 3 fələstinli şəhid olub, 29 nəfər isə yaralanıb.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, , İsrail əsgərləri zirehli hərbi maşınlarla Ceninə basqın edib.
Basqın zamanı bəzi evlərə də İsrail snayperləri yerləşdirilib.
Hadisə zamanı Fələstin sakinləri ilə İsrail əsgərləri arasında toqquşma yaranıb. İsrail hərbçiləri canlı güllə, qaz və səs bombalarında istifadə edib.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, 3 nəfər ölüb, 29 nəfərin isə yaralanıb. Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.
Busaat.az























