İordaniya parlamentində əlbəyaxa dava – Video

image-jordan-politics-parliamentbackend

İordaniya parlamentində millət vəkilləri arasında əlbəyaxa dava düşüb.

Busaat.az  “Jordan TV”yə istinadən xəbər verir ki, dava ölkə konstitusiyasına düzəlişlərin müzakirəsi zamanı yaranıb.

Konstitusiyada maddələrin birində “bütün iordaniyalılar qanun qarşısında bərabərdirlər və onlar arasında diskriminasiya yoxdur” ifadəsi millət vəkillərinin bir neçəsini qane etməyib.

Belə güman edilirdi ki, maddənin yeni variantında “iordaniyalı kişi və qadınlar qanun qarşısında bərabərdirlər” ifadəsi qeyd olunacaq. Bu, millət vəkillərinin narazılığına səbəb olub və bunun ardınca dava başlayıb.

Parlamentin işində fasilədən sonra dava yenidən başlayıb. Bu səbəbdən də, parlamentin spikeri iclası növbəti günə təxirə salmalı olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90