
İordaniyadan Məscidül-Əqsa üçün təcili toplantı ÇAĞIRIŞI
İordaniya Şərqi Qüdsdəki Məscidül-Əqsaya hücumları müzakirə etmək üçün Ərəb Liqasını təcili toplantıya çağırıb.
Busaat.az xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyi yazılı bəyanat yayıb.
“İsrailin bu hücumları Qüdsün tarixi və hüquqi statusunu, eləcə də müqəddəs yerlərini dəyişdirmək məqsədi daşıyır, qəbuledilməzdir və pislənməlidir”, – bəyanatda deyilir.
Ərəb ölkələri ilə koordinasiyalı şəkildə “İsrailin şiddətinin artmasının” qarşısının alınması üçün lazımi tədbirlərin görüləcəyi bildirilən bəyanatda, “Bölgədə təhlükəsizlik və sülhü təhdid edən nəticələrə görə tamamilə İsrail məsuliyyət daşıyır”, – deyə vurğulanıb.
Busaat.az























