Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.47 $▲1.89%
  • WTI neft86.46 $▲1.71%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.201 $▲3.69%
  • Qızıl3 857 $▼0.52%
  • Gümüş47.29 $▼0.42%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda611.75 ¢▲2.04%
  • Bitcoin63 795 $▼1.58%
  • Ethereum1 792 $▼1.48%
  • S&P 5007 333▼1.17%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İqtisadiyyat

İpoteka ilə bağlı yeni qərar kimlərə şamil olunacaq? - AÇIQLAMA

image-1684912503_1684912226-1684856030_ev-ipoteka-menzil
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən gün Konstitusiya Məhkəməsi ipoteka kreditləri ilə bağlı yeni qərar qəbul edib. Qərarda qeyd olunur ki, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yəni, ipoteka krediyi götürən şəxs ölərsə, onun borcunu vərəsəsi ödəməlidr.

Konstitusiya Məhkəməsinin bu qərarı hazırda ipoteka krediti ödəyən vətəndaşlar arasında çox sayda sualların yaranmasına səbəb olub. Belə ki, həmin vətəndaşlar uzun illərdir həyat sığortası üçün hər ay müəyyən məbləğdə vəsaiti banka ödədiklərini bildirirlər.

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, sözügedən qərar dövlət ipotekasına aid deyil:

“Vətəndaşlarda haqlı olaraq sual yaranır ki, borcu vərəsə ödəyəcəksə, onda həyat sığortası nəyə lazımdır? İlk öncə onu qeyd edim ki, Konstitusiya Məhkəməsinin ötən gün qəbul etdiyi qərar dövlət ipotekasına şamil olunmur.

Konstitusiya Məhkəməsi qərar verib, amma vətəndaşlara qaranlıq qalan o hissəni unudub. Yəqin ki, bu qərar bankdan götürülən vəsait hesabına ipoteka krediti götürən şəxslərə şamil olunacaq.

Buna baxmayaraq, bankla əməkdaşlıq edən elə insanlar var ki, onlar da həyat sığortası üçün hər ay vəsait ödəyirlər. Güman edirəm ki, Konstutisiya Məhkəməsi və banklar bütün bu suallara aydınlıq gətirməlidir”, – deyə ekspert qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110617