Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 549 $▲0.68%
  • Ethereum1 807 $▲2.17%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İqlim dəyişikliyindən təsirlənən ölkələrə dəstək qərarı təqdirəlayiqdir – Quterreş

image-quterres
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş iqlim dəyişikliyindən mənfi təsirlənən ölkələrə maliyyə yardımı ilə bağlı razılaşmadan məmnun olduğunu bildirib.

Busaat.az xəbər verir ki, bu barədə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP27) 27-ci Tərəflər Konfransı ilə bağlı çıxış edən Quterreş deyib.

Quterreşə görə, sammitdə ədalət yolunda mühüm addım atılıb.

“Mən zərər fondunun yaradılması və gələcəkdə onun istifadəyə verilməsi qərarını alqışlayıram” – deyə, BMT-nin Baş katibi öz mesajında bildirib.

Digər tərəfdən, vəsait toplamaq qərarının kifayət etməyəcəyinə diqqət çəkən Quterreş, bu mövzuda əldə edilən razılaşmanı “qırılan etimadın bərpası üçün çox lazımlı siyasi siqnal” olaraq xarakterizə edib.

Qeyd edək ki, Noyabrın 18-də başa çatması gözlənilən COP27, tərəflər arasında razılığa gəlmək üçün 2 gün uzadılıb.

Quterreş noyabrın 17-də iqlim böhranı ilə bağlı ölkələr arasında etimadı bərpa etməyə çağırıb.

Həm şimal, həm cənub ölkələri, həm də inkişaf etmiş və zəif inkişaf etmiş ölkələr arasında etimadsızlıq olduğuna diqqət çəkən Quterreş, bu etibarsızlığın aradan qaldırılması üçün tez hərəkətə keçməyə ehtiyac olduğunu bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91139