
İqor Konaşenkov: “Rus hərbçiləri Ukrayna ordusunun 7 hücumunu dəf edib”
Rusiya silahlı qüvvələri Ukrayna ordusunun Donetsk istiqamətində, o cümlədən Kleşçeyevka və Vodyanoye yaxınlığındakı yeddi hücumunu uğurla dəf edib.
Busaat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant İqor Konaşenkov bildirib.
“Donetsk istiqamətində cənub döyüş qrupunun qüvvələri aviasiya hücumları və artilleriya ilə birlikdə Donetskin Kleşçeyevka, Yakovlevka, Vodyanoye, Krasnoqorovka və Nevelskoye yaşayış məntəqələrində Ukrayna ordusunun hücum qrupları tərəfindən 7-ni uğurla dəf edib. 24 saat ərzində 110-dan çox Ukrayna hərbçisi, iki tank, iki zirehli döyüş maşını, dörd avtomobil, həmçinin iki D-30 haubitsası məhv edilib”,- general-leytenant vurğulayıb.























