Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 348 $▲1.93%
  • Ethereum1 825 $▲3.22%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İqtisadi tənəzzül yaşayan İran Mərkəzi Bankı: "SWIFT sisteminə ehtiyacımız yoxdur"

image-iran-banki
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bütün Rusiya bankları və bir sıra ölkələrdə 100-dən çox bank İranın SEPAM kimi tanınan maliyyə telekommunikasiya sisteminə qoşularaq beynəlxalq banklararası sistem SWIFT-ə ehtiyacı aradan qaldırıb.

Busaat.az xəbər verir ki, bunu İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə sədr müavini Möhsün Kərimi Tasnim agentliyinə bildirib.

Kəriminin sözlərinə görə, İran banklarının maliyyə əməliyyatlarını həyata keçirmək üçün artıq SWIFT-ə ehtiyacı yoxdur.

İran Mərkəzi Bankının sədr müavini qeyd edib ki, Rusiya üzrə bütün banklar, Rusiya banklarının SPS-ə (maliyyə mesajlaşma sistemi, SWIFT maliyyə köçürmə sisteminin Rusiya ekvivalenti) çıxışı olan digər ölkələrdəki bütün filialları və 13 ölkədəki Rusiya bankları SEPAM-a qoşulub.

O, əlavə edib ki, Rusiyanın SPFS-i İranın SEPAM-ı ilə əlaqəli olduğundan, Rusiya şəbəkəsinə çıxışı olan hər kəs indi İran banklarına və ya əksinə qoşula bilər.

Kərimiyə görə, SEPAM və SPFS arasında mesajlar SWIFT standartları əsasında göndərilir.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Rusiyanın İrandakı ticarət nümayəndəsi Rüstəm Jiqanşin Rusiya və İran arasında beynəlxalq banklararası məlumat və ödəniş sisteminin (SWIFT) analoqunu işə salmağı planlaşdırdığını açıqlayıb.

Hazırda Rusiya ilə İran arasında ticarət-iqtisadi əlaqələr inkişaf edir. İran mediasına görə, 2022-ci ilin yanvar-iyul aylarında ikitərəfli ticarət illik müqayisədə 44,9% artaraq 2,8 milyard dollara çatıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99255