İqtisadiyyatın gücləndirilməsi üçün NƏ ETMƏLİYİK? – İqtisadçı açıqladı

image-203442_ira09v9uefbackend

“Qanunvericilik bazasında, rəqabət məcəlləsinin qəbul olunmasında, qeyri-neft sektorunun neft sektorunu üstələməsindən və ÜDM-də bu fərqin kəskin artmasından sonra liberal iqtisadiyyatın inkişafı yolunda uğurlu addımlar atıla bilər”.

Bunu iqtisadiyyatın gücləndirilməsi və inkişaf etdirilməsi yolunda atıla biləcək addımlardan danışan iqtisadçı ekspert Eldəniz Əmirov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, liberal iqtisadiyyatın inkişafı yolunda addım atıldığını desək doğru olmaz:

image-eldeniz_emirov

“Liberallaşdırma ilə bağlı məsələlərə cəhd etsək də həyata keçirilməyib. Həyata keçirilə bilməməsi isə istək olmadığı demək deyil. Liberal iqtisadiyyat Azərbaycanda mümkün deyil. Çünki qeyri-neft sektoru və ümumi sahibkarlığın inkişaf dinamikası liberal iqtisadiyyat üçün sərfəli deyil. Bunun üçün fundament güclü olmalıdır. Qanunvericilik bazasında, rəqabət məcəlləsinin qəbul olunmasında, qeyri-neft sektorunun neft sektorunu üstələməsindən və ÜDM-də bu fərqin kəskin artmasından sonra liberal iqtisadiyyatın inkişafı yolunda uğurlu addımlar atıla bilər. Hazırda prosesi sürətləndirmək mümkündür. Bunun üçün dövlətin iqtisadiyyatdakı rolunu azaltmaq lazımdır. Müəyyən sahibkarlıq subyektlərinə daha çox imkan yaradılmalı, əhatə dairələri genişləndirilməlidir. Əlavə olaraq azad rəqabət mühitini dəstəkləmək lazımdır. Sadalananlar liberal iqtsadiyyatın inkişafı üçün vacib şərtlərdəndir”.

“Liberal iqtisadiyyatdan söhbət gedirsə dövlətin iqtisadiyyatda oynadığı rol tənzimləmə funksiyası ilə bitməlidir. Neo-liberalizm dövlətin iqtisadiyyatda rolunu artırır. Bugün Azərbaycanda neo-liberalizmin payı liberalizmdən daha çoxdur. Bütün dünyada özəl şirkətlər hesabına həyata keçirilən xidmətlər bizdə dövlət hesabına həyata keçirilir. Liberal iqtisadiyyatda dövlətin payı minimuma endirilməlidir”, – ekspert əlavə edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90