Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 596 $▼5.32%
  • Ethereum1 777 $▼7.80%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İran 7 ildən sonra Səudiyyə Ərəbistanındakı səfirliyini yenidən açıb

image-647a0-1685718735
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mart və aprel aylarında münasibətlərin normallaşması istiqamətində atılan addımlardan sonra İranın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfirliyi yenidən açılıb. Aprelin əvvəlində Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri Çinin vasitəçiliyi ilə 2016-cı ildən bəri ilk dəfə görüşüblər.

Busaat.az xəbər verir ki, iki ölkədən çoxlu diplomat və rəsmilərin qatıldığı açılış səfirlik binasında mərasimlə keçirilib.

İran xarici işlər nazirinin müavini Əli Rıza Bikdeli mərasimdəki çıxışında İran və Səudiyyə Ərəbistanı münasibətlərində mühüm bir günün şahidi olduqlarını bildirib.

Bikdeli deyib: “Ümid edirəm ki, bölgə sabitlik, firavanlıq və inkişaf adına güclü əməkdaşlığa doğru irəliləyəcək. Diplomatiya ölkələr arasında ortaq anlaşmanın inkişaf etdirilməsi üçün ən yaxşı ünsiyyət üsuludur”.

Aprelin əvvəlində Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri Çinin vasitəçiliyi ilə 2016-cı ildən bəri ilk dəfə görüşüblər.

İki ölkə 7 ildən sonra səfirliklərini yenidən açmaq qərarına gəlib. Həmçinin iki ölkə arasında uçuşların bərpa ediləcəyi və vizaların asanlaşdırılacağı bildirilib.

Qeyd edək ki, 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər terrorizm ittihamı ilə edam edilib.

Edamlardan sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluq nümayişçilər tərəfindən yandırılıb. Bundan sonra Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111958