Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 834 $▼3.50%
  • Ethereum1 838 $▼4.63%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İran ABŞ-nin “nüvə sazişi” üzrə öhdəliklərini yerinə yetirməməsini pisləyib

image-61659328_0_74_1600_974_1920x0_80_0_0_8e3475dda21dca7e28b5084e748ff771-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani mətbuat konfransında deyib ki, Avropa hökumətləri Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində öz öhdəliklərini yerinə yetirməməkdə ABŞ-dən az günahkar deyillər.

Busaat.az xəbər verir ki, bu barədə  İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani mətbuat konfransında deyib.

“ABŞ hökuməti qeyri-qanuni olaraq beynəlxalq sazişdən çıxdı, Avropa ölkələrinin hökumətləri isə JCPOA üzrə öhdəliklərini yerinə yetirməkdən çəkindilər və vədlərinin əksinə olaraq, Vaşinqtonun iştirak etməməsini kompensasiya edə bilmədilər.Avropa hökumətləri, xüsusən də onlardan üçü (Böyük Britaniya, Almaniya, Fransa – red.) “nüvə sazişi” çərçivəsində öz öhdəliklərini yerinə yetirmədiyinə görə ABŞ ilə eyni dərəcədə məsuliyyət daşıyırlar.

Kənani JCPOA çərçivəsində öhdəliklərini yerinə yetirməyən Avropa ölkələrinin İrana qarşı sanksiyalar tətbiq etməsini qeyri-qanuni, İslam Respublikasına qarşı ittihamlarını isə “boş” adlandırıb. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, bu hərəkətlər qəbuledilməz, qeyri-konstruktiv və səmərəsizdir. O, Avropa ölkələrinin hökumətlərini “bəhanə axtarmaq və ittihamlar səsləndirmək əvəzinə, İrana və JCPOA-ya qarşı hərəkətlərə görə məsuliyyət daşımağa və bu sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməyə çağırıb.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Tehran “uyğun zamanda istənilən məsuliyyətsiz hərəkətə ciddi, uyğun və proporsional cavab vermək” hüququnu özündə saxlayır.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114898