Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 271 $▲1.81%
  • Ethereum1 826 $▲3.23%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İran Avropa ölkələri ordularını terrorçular siyahısına salmağa hazırlaşır

image-virus-outbreak-mideast-iran
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread. (AP Photo/Vahid Salemi)
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İran parlamentinin sədri Avropa Parlamentinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınması ilə bağlı qərarına reaksiya verərək bildirib ki, İran bunun müqabilində Avropa ölkələrinin ordularını terrorçu elan edəcək.

Busaat.az xəbər verir ki, söügedən məlumat Mehr agentliyində yer alıb.

Məlumata görə, bazar günü parlamentin açıq iclasında çıxış edən Məhəmməd Bağer Qalibaf Avropa Parlamentinin yuxarıda qeyd olunan qərarını pisləyib.

Qalibafa görə, Avropa Parlamentinin SEPAH-ı terrorçular siyahısına daxil etmək qərarı onu göstərir ki, İsrailyönlü cəbhə Avropa ölkələrini yanlış hesablamalara vadar edib.

O, həmçinin vurğulayıb ki, Tehran bu cür hərəkətlərə qarşı istənilən əks tədbir üçün öz alətlərindən istifadə edəcək.

Qalibaf daha sonra qeyd edib ki, Avropa ölkələri İranın maraqlarına zidd olaraq yanlış yol tutublar.

İranlı diplomat SEPAH-ın dünyanın ən nadir anti-terror təşkilatı olduğunu bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97878