
İran Avropa ölkələrinə qarşı cavab sanksiyaları tətbiq edəcək
İran Avropa İttifaqının (Aİ) diplomatik nümayəndəsi Josep Borrelin elan etdiyi məhdudiyyətlərə cavab olaraq bir sıra Avropa dövlətlərinə qarşı sanksiyalar tətbiq edəcək.
Busaat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bildirib.
“Bir sıra ölkələrin, eləcə də Avropa İttifaqının qeyri-konstruktiv hərəkətlərini nəzərə alaraq, İran qanuni hüququna əsaslanaraq qabaqlayıcı tədbirlərdən istifadə edib və bundan sonra da istifadə edəcək. Bu gün də eyni çərçivədə yeni sanksiyaların siyahısını açıqlayacağıq. Avropa İttifaqı və Aİ rəsmiləri ilə əlaqəli bəzi qurumlar, eləcə də Britaniyadakı bir sıra qurum və hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcəyik” – deyə, Kənani qeyd edib.
Qeyd edək ki, Qərb ölkələri iddia edir ki, İran hazırda Ukraynada döyüş əməliyyatları üçün Rusiyaya pilotsuz aparatlar verir. Moskva və Tehran dəfələrlə bu cür ittihamları rədd ediblər. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan deyib ki, Tehran Rusiyanı dronlarla təmin edib, lakin o zaman Ukraynada xüsusi əməliyyat hələ başlamamışdı.
Busaat.az























