İran Avropadan vaksinləri bu yolla əldə edəcək – Rza Erdekaniyan

İran Avropadan vaksinləri bu yolla əldə edəcək – Rza Erdekaniyanbackend

İran ABŞ-ın birtərəfli bank sanksiyaları səbəbiylə ölkəyə köçürülə bilməyən İraqdakı mal varlıqlarına giriş ilə əlaqədar əhəmiyyətli qərarlar verib.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin energetika naziri Rza Erdekaniyan məlumat verib. O, açıqlamasında bir Avropa şirkətindən “COVID-19” peyvəndləri almaq üçün İraqdakı vəsaitlərdən istifadə etmək barədə razılığa gəldiklərini bildirib.

Erdekaniyan bu vəsaitlərin ən qısa zamanda əldə olunacağına ümid etdiyini bildirib. Beləliklə, İran, sanksiyalar səbəbilə əldə edə bilmədiyi İraqdakı mal varlıqlarını Avropadan peyvənd almaq üçün istifadə edəcək.

Qeyd edək ki, rəsmi Tehran İraqın ödəmədiyi 6 milyard dollar borc səbəbilə İraqa təbii qazı kəsib. Bu qərardan sonra energetika naziri İraqa səfər edərək Baş nazir Mustafa Kazımi, Mərkəzi Bankın sədri Mustafa Qalib və bu ölkənin energetika və ticarət nazirləri ilə görüşüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki