
İran BMT-də Qərbi və “İnstagram”ı aksiyaları qızışdırmaqda ittiham edib
2022-ci ildə İranda baş verən iğtişaşların qızışdırılmasında Qərb ölkələri iştirak edirdi. “İnstagram” silah satan paylaşımları silməyib.
Busaat.az xəbər verir ki, bu barədə İranın Ali İnsan Haqları Şurasının baş katibi Qazem Qərib-Abadi BMT-nin İnsan Haqları Şurasının 53-cü sessiyasında deyib.
“Bir neçə Qərb dövləti iğtişaşların qızışdırılmasında iştirak edib. İğtişaşlar zamanı “İnstagram” bombaların necə hazırlanacağını izah etdi. İranın rəsmi tələbinə baxmayaraq, həmin platforma odlu silah satışı ilə bağlı 3 milyon qeydi silməkdən imtina edib”, – diplomat bildirib.
O, həmçinin Twitter-i tənqid edib və qeyd edib ki, iğtişaşların ilk ayında İrana qarşı fəaliyyət göstərmək üçün həmin platformada 50 mindən çox saxta farsdilli istifadəçi hesabı yaradılıb.
Qeyd edək ki, iğtişaşlar zamanı 8 mindən çox silah ələ keçirilib, 75-dən çox asayiş keşikçisi və vətəndaş iğtişaşların qurbanı olub, 7 mindən çox asayiş keşikçisi yaralanıb”, – Abadi əlavə edib.
Busaat.az























