İran BMT-dən ABŞ və İsraili Süleymaninin qətlinə görə məsuliyyətə cəlb etməyə çağırıb

image-26093394_0_66_1353_827_1920x0_80_0_0_76621c499477ea45155aee5df5f30aee-jpgbackend
İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançi BMT Təhlükəsizlik Şurasını ABŞ və İsraili general Qasım Süleymaninin qətlinə görə məsuliyyətə cəlb etməyə çağırıb.
Busaat.az xəbər verir ki, müvafiq məktub Süleymaninin qətlinin ikinci ildönümü ilə əlaqədar göndərilib .
Məktubda deyilir ki, Süleymani beynəlxalq terrorizmlə mübarizədə mühüm rol oynayıb, ona görə də onun qətli İD* və BMT Təhlükəsizlik Şurası tərəfindən belə tanınan digər terror qrupları üçün “böyük hədiyyə” olub.
İranın Daimi Nümayəndəsi Rəvançi deyib: “Bu terror aktının beynəlxalq sülh və təhlükəsizlik üçün ağır nəticələrini nəzərə alaraq, Təhlükəsizlik Şurası öz nizamnamə öhdəliklərini yerinə yetirməli və ABŞ və İsrail rejimini bu terror aktını planlaşdırmaq, dəstəkləmək və həyata keçirmək üçün məsuliyyət daşımalıdır” .
2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad Beynəlxalq Hava Limanı ərazisində həyata keçirdiyi əməliyyat nəticəsində iranlı general, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Qasım Süleymani və İraq şiə milislərinin sədr müavini Əbu Mehdi əl-Mühəndis öldürülüb. Vaşinqtonda onların 2019-cu il dekabrın 31-də Bağdaddakı Amerika səfirliyinə hücumun təşkilində əli olduğu güman edilir. 
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki