Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 163 $▲1.64%
  • Ethereum1 823 $▲3.09%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

İran dövlət televiziyası kiberhücuma məruz qalıb

image-kiber-3
Kiber müharibə
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İranın dövlət televiziyasında xəbər bülleteni yayımlanan zaman Ali dini lider Ayətullah Əli Xamneyinin çıxışı qəfil saxlanılıb və onun yerinə dünyasını dəyişən Məhsa Əmini və etirazlar zamanı həyatını itirən digər qadınların görüntüləri ekrana verilib.

Busaat.az xəbər verir ki, yaşanan hadisədə İran lideri Xamneyi hədəf göstərilib, eyni zamanda “Bizə qoşulun və ayağa qalxın” yazılan qısa videoda yayımlanıb. Videoada “qadın, həyat və azadlıq” şüarları səslənib.

Daha əvvəl İran hökumətinə qarşı kiberhücumlar həyata keçirən “Adalet-i Ali” adlı haker qrupu Twitter hesabında hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Dövlət televiziyasının daha əvvəl də oxşar hücumlara məruz qaldığına işarə edən yarı-rəsmi İran Tələbə Xəbər Agentliyi (İSNA) telekanalın təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi lazım olduğunu yazıb.

Qeyd edək ki, İran dövlət televiziyası əvvəllər də oxşar kiberhücuma məruz qalıb. Televiziyanın yanvar ayında yayımlanan efirində ölkədə terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatının rəhbərlərini tərifləyən məzmunlu video bir neçə saniyə ərzində ekranda yayımlanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87273