
İran Əfqanıstan sərhəddində vəziyyət normallaşıb - İranın daxili işlər naziri
İran və Əfqanıstan sərhədində vəziyyət normallaşıb.
Busaat.az “Tasnim”-ə istinadən xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi açıqlama verib.
Vahidi qeyd edib ki, iki ölkə arasında sərhəddə vəziyyətin gərginləşməsinin bir neçə səbəbi var. Əsas səbəblər bir sıra dövlət məmurlarının səriştəsizliyi və əfqan sərhədçilərinin peşəkarlığının olmaması ilə bağlı idi.
“Buna görə də biz Taliban və Əfqanıstan rəsmilərinə ehtiyatlı olmağı və sərhədçiləri belə hadisələrə qarşı xəbərdar etməyi tövsiyə edirik”, – Vahidi deyib.
Busaat.az























