
İran Ermənistan və Fars körfəzi arasında tranzit dəhlizi yaratmağa hazırdır - Qasimi
İranın Yol və Şəhərsalma naziri Rüstəm Qasimi İran firmalarının İran və Ermənistan arasında nəqliyyatı inkişaf etdirməyə və Ermənistanla Fars körfəzi arasında Nordoz kəndi vasitəsilə yeni tranzit dəhlizinin yaradılmasına hazır olduğunu bildirib.
Busaat az xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
Rüstəm Qasimi Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyanla görüşündə İran şirkətlərinin tunel, yol və binaların tikintisində Ermənistanla əməkdaşlıq etməsinə qərar verib.
Əlavə edilib ki, iki ölkə arasında razılaşma əsasında Nordoz sərhədindən Varzeqan və Təbrizə qədər şimal-cənub dəhlizinin tamamlanması və inkişaf etdirilməsi qərara alınıb.
“İranın mənzil tikintisi sahəsində yaxşı təcrübəyə malik olması səbəbindən İran tikinti şirkətləri Ermənistanda fəaliyyətə başlayacaq. İranın şimalından 200 milyon tondan çox yük daşınır ki, bu da iki ölkə arasında mübadilənin inkişafı üçün yaxşı fürsət sayıla bilər. İran dünyada dördüncü ən böyük sement istehsalçısıdır və polad istehsalı sahəsində də ön sıralardadır” – deyə, Qasimi İran sement, polad və tikinti materialları istehsalçılarının Ermənistana gətiriləcəyini qeyd edib.
Busaat.az























