
İran Ermənistanla ticarət əməliyyatlarında milli valyutaya keçəcək
Yaxın vaxtlarda İran Rusiya, Ermənistan və Belarusla ticarət əməliyyatlarında milli valyutaya keçəcək və malların idxalı üçün gömrük sərhədləri tamamilə açıq olacaq.
Busaat.az xəbər verir ki, bunu Rusiya-İran Birgə Palatasının üzvü Kambiz Mirkazemi deyib.
Onun sözlərinə görə, 2024-cü ilin martında İran və Rusiya hər iki ölkədən malların idxalına gömrük rüsumlarının götürülməsi barədə razılaşıblar.
“İran və Rusiya arasında gömrük rüsumları ilin sonuna kimi aradan qaldırılacaq”, – Mirkazemi bildirib.
Natiq Kərimli,
Busaat.az























