
İran Fars körfəzində yanacaq daşıyan 5 qayığı ələ keçirib
İran Fars körfəzində qaçaq yanacaq daşıdıqları səbəbiylə 5 qayığı ələ keçirib,hadisə ilə əlaqədar 23 nəfəri həbs edib.
Busaat.az bu barədə İRNA-ya istinadən xəbər verir.
Hörmüzqan vilayətinin Ədliyyə Baş İdarəsinin rəisi Müctəba Qəhramani yanacaq yüklü 5 qayıqda əməliyyat keçirildiyini bildirib. .
Əməliyyat nəticəsində qayıqlardan 400 min litr qaçaq yanacaq ələ keçirildiyini bildirən Qəhramani, qayıqların müsadirə edildiyini və hadisə ilə əlaqədar 23 nəfərin həbs edildiyini bildirib.
Busaat.az























