
İran "Fəttah" hipersəs raketini təqdim edib - Media
İran 1400 kilometr mənzilli “Fəttah” adlı ilk hipersəs ballistik raketini nümayiş etdirib.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə İran prezidenti İbrahim Rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri iştirak ediblər.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əmirəli Hacızadə bildirib ki, onların hazırladığı ilk hipersəs raketi bütün raketdən müdafiə sistemlərindən keçəcək və bu silahlara qarşı mübarizə texnologiyası onilliklər ərzində çətin ki ortaya çıxacaq.
Hacızadə qeyd edib ki, bu raket səs sürətindən beş dəfə sürətlə hərəkət edə bilir.
Busaat.az























