Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 451 $▲2.09%
  • Ethereum1 831 $▲3.56%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İran Fransaya nota verdi

image-1396030312000668310981024
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İran Fransanın “Charlie Hebdo” jurnalında ölkənin ali dini lideri Ayətullah Əli Xamneyiyə qarşı “təhqir” məzmunlu karikaturalar dərc etdiyinə görə Fransaya diplomatik nota verib.

Busaat.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Fransanın Tehrandakı səfiri Nikolas Roş “İranın hakimiyyət və ziyarətgahlarını, dini və milli dəyərlərini təhqir edən hərəkətə” cavab olaraq nazirliyə çağırılıb.

“Fransa ifadə azadlığı bəhanəsi ilə digər müsəlman ölkələrinin və xalqların müqəddəs yerlərinin təhqir edilməsinə haqq qazandıra bilməz” – deyə, İran Xarici İşlər Nazirliyinin sözcüsü Nasser Kənani qeyd edib.

Fransa nəşrinin daha əvvəl də “İslam Peyğəmbərinə, Qurana və İslam dininə qarşı pis təcavüz rekordu” olduğunu qeyd edən Kənani əlavə edib: “İran İslam Respublikası Fransa hökumətini bu mənfur, alçaldıcı və təhqiredici hərəkətlərinə görə qınayır. Onlar ədalətsiz hərəkət edir”.

İranın etiraz notasını səfir Roşa çatdıran Kənani bildirib ki, Tehran administrasiyası bu davranışa “lazımi cavab vermək hüququnu özündə saxlayır”.

İran Xarici İşlər Nazirliyi də Fransa hökumətindən sözügedən medianın davranışını pisləyən bəyanatın və təzminat xarakterli addımın gözlənildiyini vurğulayıb.

Qeyd edək ki, “Charlie Hebdo” nəşri ötən ay İrandakı etirazlara dəstək üçün başladığı müsabiqə çərçivəsində Xamneyinin yer aldığı karikaturalar dərc edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96047