
İran hədələrə cavab olaraq çəkindirmə gücünü gücləndirəcək - Naser Kənani
Tehran, heç şübhəsiz Vaşinqtonun güc təhdidinə cavab olaraq çəkindirmə qabiliyyətini artıracaq.
Busaat.az xəbər verir ki, bbu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.
“ABŞ-nin başqa ölkələrə qarşı güc tətbiq etmək hədəsi beynəlxalq hüquqa, xüsusən də BMT Nizamnaməsinin müddəalarına ziddir və bu əsasda İran öz çəkindirmə qabiliyyətini gücləndirməkdən çəkinməyəcək”, – Kənani deyib.
Diplomat ABŞ-ni əsassız ittihamlardan çəkinməyə və İrana qarşı davam edən uğursuz siyasətə yenidən baxmağa çağırıb.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken bir gün əvvəl Amerika-İsrail İctimaiyyətlə Əlaqələr Komitəsində (AIPAC) çıxışı zamanı deyib: “İran diplomatiya yolundan imtina edərsə, prezident Baydenin dəfələrlə açıqladığı kimi, bütün variantlar masada olacaq”.
Busaat.az























