İran hərbi dəniz qüvvələri Cənubi Koreya tankerini saxladı

İran hərbi dəniz qüvvələri Cənubi Koreya tankerini saxladıbackend

İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələri İran körfəzindən keçən Cənubi Koreya tankerini saxlayıb.

Busaat.az xəbər verir ki. bu barədə İranın dövlət televiziya kanalı məlumat verib. Açıqlamada Cənubi Koreyaya məxsus “Hanku Chemi” tankerinin körfəzə kimyəvi tullantılar buraxdığı səbəbindən saxlanıldığı bildirilib. Gəminin Səudiyyə Ərəbistandan Birləşmiş Ərəb Əmirliyinə kimyəvi yük daşıdığı qeyd olunub.

Səudiyyə Ərəbistan mətbuatında gedən xəbərlərə görə isə, gəmidə olan kimyəvi maddələrin İran tərəfindən müsadirə olunduğu bildirilir.

ABŞ Beşinci Donanmasının sözçüsü komandan Rebekka Rebariç, ABŞ ordusunun vəziyyəti izlədiyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki