
İran hipersonik ballistik raket hazırlayıb?
İran qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yayına bilən yeni “hipersonik ballistik raket” hazırladığını açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi xəbər agentliyi İRNA yayıb.
Məlumatına görə, İran İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələri komandanı briqada generalı Əmir Əli Hacızadə paytaxt Tehranda keçirilən tədbirdə ölkəsinin yeni ballistik raket hazırladığını bildirib. Sözügedən ballistik raketin hipersəs sürətinə malik olduğunu deyən Hacızadə, onun qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yayındığını, həm atmosferdə, həm də atfosferdən kənarda manevr qabiliyyətinə malik olduğunu iddia edib.
İran komandiri məsələ ilə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, hipersonik ballistik raketlər səs sürətindən 5 qat daha sürətli hərəkət edə bilir. Bu xüsusiyyətlərinə görə onlar hava hücumundan müdafiə sistemlərindən yayına bilir.























