
İran İnsan Haqları Təşkilatı: İranda 304 dinc sakin öldürülüb
İran İnsan Haqları Təşkilatı (İHR) Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 304-ə yüksəldiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə mərkəzi Norveçdə yerləşən İHR-nin saytında dərc olunan hesabatda məlumat verilib.
Ölkədəki 31 əyalətdən 22-si ilə bağlı rəqəmlərin yer aldığı hesabatda ən çox ölüm sayının müvafiq olaraq Sistan-Bəlucistan, Mazandaran, Tehran, Kürdüstan və Gilan əyalətlərində baş verdiyi bildirilib.
Hesabatda Sistan-Bəlucistan əyalətində 118, Mazandaranda 33, Tehranda 30, Kürdüstanda 26, Gilanda 22, Qərbi Azərbaycanda 21, Kirmanşahda 13, Elborz, Xorasan-ı Rezevi və İsfahanda 9 şəxsin öldürüldüyü qeyd olunub.
Loriston, Mərkəzi Qəzvin, Kohgiluye-Buyer Əhməd, Şərqdi Azərbaycan, Ərdəbil, İylam, Xuzistan və Həmədan kimi şəhərlərin hər birində dörd nümayişçisi, Buşehr və Simnanda isə bir nümayişçi həlak olub, ölənlərin ümumi sayı 304-ə çatıb. Həyatını itirən nümayişçilərdən 41-nin 18 yaşdan kiçik, 24-nün qadın olduğu bildirilib.
İran İnsan Haqları Fəalları Agentliyinin (HRANA) xəbərinə görə, Əmininin ölümündən sonra başlayan nümayişlərdə 38 təhlükəsizlik işçisi həyatını itirib.
Qeyd edək ki, ölkə daxilində davam edən nümayişlərdə 10 mindən çox adamın saxlanıldığı iddia edilib.
Busaat.az























