İran iqtisadi kriz səbəbilə tarixi abidələri satışa çıxardı

image-iran-meu-2022-1751887064backend

İqtisadi böhran içində olan İran tarixi tikililəri satmaq qərarına gəlib. Qala və karvansaraylar satışa çıxarılıb.

Busaat.az xəbər verir ki, tarixinin ən böyük iqtisadi böhranlarından birini yaşayan İranda dövlət xəzinəsinə pul daxil etmək üçün 19 tarixi bina, o cümlədən karvansaraylar və qalalar hərraca çıxarılır.

İranın Mədəni İrs və Turizm Nazirliyindən verilən açıqlamada mayın 22-dən etibarən ölkədəki 19 fərqli tarixi bina və tikilinin satışa çıxarılacağı bildirilib. Bir çox tarixi binanın internetdə satışa çıxarılacağı bildirilib.

Ölkənin qabaqcıl tarixçilərindən olan Məhəmməd Gharipour qərara etiraz edib: “Bu, narahatlığa səbəb olan bir qərardır və açığı, tələsik qəbul edilmiş kimi görünür. Bu qərarın arxasında heç bir araşdırmanın olmaması qorxuludur”.

Kirman bölgəsində yerləşən və yaşı 1000 il olduğu təxmin edilən Rayen qəsrinin də satılacağı bildirilib. İslamdan əvvəlki tarixin ən mühüm tikililərindən biri kimi tanınan Rayen qalası ilə yanaşı, karvansaraylar və bir çox tarixi əhəmiyyətli liderlərin iqamətgahları da satışdadır.

Mütəxəssislər bu torpaqları və tikililəri alan şəxslərin binaları sökə biləcəyinə diqqət çəkərək həyacan təbili çalır: “Əgər bu ərazilər satılarsa, bu binalar böyük risk altına düşəcək”.

Keçmişdə İran administrasiyası oxşar satışlar həyata keçirib, bir çox tarixi binalar otel və restoranlara çevrilib.

Həm sanksiyaların, həm də ölkədəki təzyiqlərin səbəb olduğu hadisələrlə tarixi böhran yaşayan İranda inflyasiya 50 faizi keçib.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki