
İran, İraq və Fars körfəzinin 8 qonşu ölkəsinin XİN nazirlərinin görüşü sentyabrda keçiriləcək
BMT-nin baş katibi Antonio Quterreşin təşəbbüsü ilə Fars körfəzinin cənub sahillərində yerləşən 8 qonşu ölkənin, eləcə də İran və İraqın xarici işlər nazirlərinin ilk görüşü sentyabrda baş tutacaq.
Busaat.az Tasnim-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
Abdullahian Qətər, Oman, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə səfərini başa vurduqdan sonra Körfəz ölkələri ilə iqtisadi və ticarət əməkdaşlığı ilə bağlı yaxşı xəbərlərin olacağını deyib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinə səfər edən nazir Əbu-Dabidə prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Görüşdə ikitərəfli əlaqələr və əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edilib.
Daha sonra o, həmkarı Şeyx Abdullah bin Zayedlə görüş keçirib.
Abdullahian Fars körfəzinə səfərinin sonunda deyib: “İqtisadi və ticarət əməkdaşlığı çərçivəsində bizim xalqımız və bu dörd ölkənin xalqları üçün gələcəkdə çoxlu xoş xəbərlərimiz olacaq”, – Abdullahian bildirib.
Busaat.az























