
İran İsraildən olan terrorçuların tutulması barədə məlumat yayıb
İran kəşfiyyatı respublika ərazisində 40-dan çox bomba daşıyan və bir sıra terror aktları hazırlayan böyük İsrail terror şəbəkəsinin üzvlərini həbs edib.
Busaat.az xəbər verir ki, bu barədə İran İnformasiya Nazirliyi bəyanat yayıb.
“İsrailin geniş terror şəbəkəsinin üzvləri 43 bomba ilə birlikdə həbs edilib”, – bəyanatda deyilir.
Bəyanatda terrorçuların qərargahının Danimarka və Hollandiyada yerləşdiyi də qeyd olunub. Onların müsəlmanların müqəddəs Məhərrəm ayı ərəfəsində İran ərazisinə silsilə təxribat hücumları planlaşdırdıqları güman edilir.
Busaat.az























