
İran kəşfiyyatı “Mossad”ı hərbi sənaye obyektlərində təxribat hazırlamaqda ittiham edir
İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətləri (SEPAH) İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ı İranın müdafiə-sənaye kompleksinin obyektlərində təxribat törətməkdə ittiham edib.
Busaat.az xəbər verir ki, bu barədə Tasnim News agentlik bildirib.
Mənbənin məlumatına görə, “Mossad”ın idarə etdiyi plançılar qrupunun üzvləri raketlərin buraxılış anında partlamasına səbəb olacaq keyfiyyətsiz və ya qüsurlu hissələri və komponentləri tədarük etməklə raket buraxılışlarını pozmaq niyyətində olublar.
İran kəşfiyyatı təxribat törətməkdə şübhəli bilinən bütün şəxsləri həbs edib.























