Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 900 $▲1.23%
  • Ethereum1 824 $▲3.15%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İran nüvə danışıqlarını bərpa etmək üçün Vyanaya nümayəndə heyəti göndərəcək

image-abdullahian
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İrandan nümayəndə heyətinin yaxın günlərdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmiləri ilə görüşmək və məsləhətləşmələr aparmaq üçün Vyanaya gedəcəyini bildirib.

Busaat.az xəbər verir ki, bu barədə İran Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan paytaxt Tehranda keçirdiyi mətbuat konfransında İran və MAQATE arasındakı əlaqələrə dair açıqlama verib.

“Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqlara başlamaq və əlaqələri güclənmək üçün yaxın günlərdə İrandan Vyanaya bir heyət göndərəcəyik. MAQATE-nin texniki məsələlərə diqqət yetirəcəyi təqdirdə İrana qarşı ittihamların həll olunacağına ümid edirəm. Amerika rəsmilərinin bəzi ziddiyyətli açıqlamalarına baxmayaraq, Avropa Birliyinin Xarici Əlaqələr üzrə Ali nümayəndəsi vasitəsilə informasiya mübadiləsi aparılır. Vyana danışıqlarının bərpası ilə bağlı son vəziyyəti müzakirə etmək üçün Borrel ilə telefon danışığı aparılacaq” –deyə, Abdullahiyan nüvə fəaliyyətlərinə görə İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi üçün aparılan danışıqların son vəziyyətinə toxunub.

Qeyd edək ki, İranla 2015-ci il nüvə sazişinin tam icrasının təmin edilməsi və ABŞ-ın bu razılaşmaya qayıtması ilə bağlı danışıqlar 2021-ci ilin aprel ayından etibarən fasilələrlə Vyanada təşkil edilir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89530