İran polisi milli komandanın məğlubiyyətini qeyd edən azarkeşi öldürdü – FOTO/VİDEO

image-1669909285_ayselbackend

İranın Bəndər Ənzəli şəhərində polis bir qrup digər yerli sakinlə birlikdə dünya çempionatında ABŞ yığması ilə oyunda milli komandasının məğlubiyyətini qeyd edən 27 yaşlı azarkeş Mehran Səmakı güllələyib.

Busaat.az xarici mətbuata istinadən bildirir ki, gənc öz avtomobilində olub və başqaları ilə birlikdə siqnal verib. Norveçdə yerləşən İranın insan haqları təşkilatı “IHR”nin məlumatına görə, İran təhlükəsizlik qüvvələrinin üzvləri milli komandanın məğlubiyyətindən sonra iranlı gənci başından birbaşa güllə ilə vurub. Görünür, bu yolla yerli sakin İranda hakimiyyətə və siyasi repressiyalara etiraz edib.

Polisin qurbanı olmuş gəncin həmin oyunda çıxış edən millinin yarımmüdafiəçisi Saed Ezatolahinin dostu olduğu məlum olub.

Futbolçu özü bu barədə sosial şəbəkədə yazıb.Milli komandanın futbolçusu mərhumla gənclərdən ibarət futbol komandasında çıxışı zamanı çəkilmiş birgə fotosunu “Bir gün maskalar düşəcək, həqiqət üzə çıxacaq” – başlığı ilə paylaşaraq:

“Bu, bizim gənclərə layiq deyil. Ölkə buna layiq deyil” -deyib.

Xatırladaq ki, Qətərdəki matçlardan əvvəl dövlət himnini oxumaqdan imtina edən futbolçuların ailələri də buna görə həbs və işgəncə ilə hədələnirlər.

 

 

Sfera.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90