
İran Rusiyadan Su-35 qırıcıları alacaq
İran Rusiyadan Su-35 qırıcılarının alınmasına dair razılığa gəlib.
Busaat.az xəbər verir ki, bu barədə RİA Novosti-yə İranın BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib.
“1988-ci il İran-İraq müharibəsi başa çatdıqdan sonra İran bir sıra ölkələrə döyüş təyyarələri almaq xahişi ilə müraciət edib və Rusiya onları satmağa açıq olduğunu bəyan edib”, – İranın BMT-dəki daimi nümayəndəliyini qeyd edib.
Qeyd edək ki, 2020-ci ilin oktyabrından və İrana adi silahların alınmasına qoyulan məhdudiyyətlərin ləğvindən sonra Tehran Rusiya qırıcılarının alınması ilə bağlı razılığa gəlib.
İranın BMT-dəki daimi nümayəndəliyi bu müqavilənin nə vaxt razılaşdırıldığını, Rusiyadan İrana nə qədər Su-35-in və nə vaxt göndərilməsinin planlaşdırıldığını açıqlamayıb.
Busaat.az























