Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 662 $▲0.86%
  • Ethereum1 813 $▲2.53%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olacaq – RƏSMİ QƏRAR

image-iran-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İran Milli Məclisində İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlüyü haqqında qanun layihəsi təsdiq edilib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı İran Tələbələr Xəbər Agentliyinin (İSNA) yayıb.

Məlumatına görə, İran parlamentində keçirilən açıq iclasda ölkənin ŞƏT-də iştirakı ilə bağlı qanun layihəsinin əsas mövzuları və təfərrüatları müzakirə edilərək səsverməyə çıxarılıb.

Səsvermədə 237 deputatın iştirak etdiyi bildirilib və İranın Şanxay Əməkdaşlıq Təşkilatında iştirakı ilə bağlı qanun layihəsi 203 lehinə, 3 əleyhinə, 4 bitərəf səslə təsdiq edilib.

Qanun layihəsinə əsasən, iqtisadi, mədəni, təhlükəsizlik və siyasi qarşılıqlı əlaqələrin və regional təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə İran hökumətinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlət statusu almaq üçün Şanxay Əməkdaşlıq Təşkilatının yaradılmasından bu yana qəbul edilmiş 49 sənədin imzalanması təsdiq edilib.

İranın ŞƏT-ə üzvlük prosesi

2005-ci ildə ŞƏT-ə müşahidəçi üzv kimi daxil olan İranın tamhüquqlu üzvlük prosesinə 2021-ci ilin sentyabrında start verilib.

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahyan sentyabrın 14-də Özbəkistanın Səmərqənd şəhərində təşkilatın Baş katibi Canq Minqlə İranın ŞƏT-ə tamhüquqlu üzvlüyü ilə bağlı öhdəlik sənədini imzaladığını açıqlayıb.

Türkiyənin dialoq partnyoru olduğu ŞƏT 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndələrinin Çinin Şanxay şəhərində bir araya gələrək Dərinləşdirmə Sazişini imzalası nəticəsində “Şanxay beşliyi” adı ilə yaradılıb.

2001-ci ildə Özbəkistanın təşkilata üzv olması ilə Şanxay beşliyinin adı dəyişdirilərək “Şanxay Əməkdaşlıq Təşkilatı” adlandırılıb. Pakistan və Hindistan sonradan təşkilata tamhüquqlu üzv kimi qəbul edilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92150