Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 613 $▼5.29%
  • Ethereum1 781 $▼7.58%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İran və ABŞ arasında müvəqqəti saziş olmayacaq

image-25597529_0_86_1601_986_1920x0_80_0_0_1d28db970c65edd738241feb62d23edb-jpg-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İranın BMT-dəki missiyası Tehran və Vaşinqtonun Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) əvəzinə müvəqqəti razılaşmaya yaxınlaşması ilə bağlı  mediada yayılan xəbərləri təkzib edib.belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb.

Busaat.az bu barədə “Tasnim” agentliyinə istinadən xəbər verir.

Agentlik bildirir ki, bir gün əvvəl “Middle East Eye” saytı adı açıqlanmayan iki mənbəyə istinadən məlumat yayıb ki, Tehran və Vaşinqton  İranda uranın zənginləşdirilməsinə qoyulan məhdudiyyətlərlə bağlı bəzi sanksiyaların ləğvi üçün müvəqqəti razılaşmanın bağlanması ərəfəsindədir.

Bu xəbərlərin ardınca İranın BMT-dəki missiyası JCPOA-nı əvəz etmək üçün gündəmdə heç bir müvəqqəti razılaşmanın olmadığını bildirib.

Qeyd edək ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. Lakin 2018-ci ilin mayında ABŞ sabiq prezident Donald Trampın rəhbərliyi altında JCPOA-dan çıxdı və Tehrana qarşı sanksiyaları bərpa etdi.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112182