
İran və Səudiyyə Ərəbistanı poçt rabitəsini bərpa edəcək
Həcc ziyarəti başa çatdıqdan sonra İran və Səudiyyə Ərəbistanı arasında poçt rabitəsi bərpa olunacaq.
Busaat.az Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Milli Poçt Şirkətinin nümayəndəsi Mahmud Lyyel məlumat verib.
O, qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə poçt əlaqəsi bu ölkə ilə siyasi əlaqələrin kəsilməsindən sonra dayandırılıb və indi xoşbəxtlikdən, bu problem həllini tapdı.
“Biz əvvəllər Səudiyyə Ərəbistanı ilə poçt rabitəsi qurmuşuq və münasibətlər tənzimləndikdən sonra bu rabitə tezliklə bərpa olunacaq”, – o əlavə edib.
Busaat.az























