Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 687 $▼1.14%
  • Ethereum1 748 $▼1.41%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İran və Suriya arasında 14 müqavilə imzalandı

image-esed86220
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Hərtərəfli, Uzunmüddətli və Strateji Əməkdaşlıq Proqramı” ilə İran və Suriya arasında neft, enerji, ticarət, mənzil tikintisi, hava və dəmir yolu nəqliyyatı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutan 14 müqavilə imzalanıb.

Busaat.az xəbər verir ki, İran Rəyasət Heyətindən verilən açıqlamaya görə, İran prezidenti İbrahim Rəisinin Suriya prezidenti Bəşər Əsəd ilə Dəməşqdə keçirdiyi görüşdən sonra iki ölkə arasında “Hərtərəfli, Uzunmüddətli və Strateji Əməkdaşlıq Proqramı” imzalanıb.

Rəisi və Əsədin iştirakı ilə imzalanan razılaşmaya əlavə olaraq ticarət, neft, enerji, mənzil, hava və dəmir yolu nəqliyyatı, rabitə və texnologiya kimi müxtəlif sahələrdə ümumilikdə 14 əməkdaşlıq müqaviləsi imzalanıb.

Suriya prezidenti Əsədin dəvəti ilə iki günlük rəsmi səfər çərçivəsində böyük heyətlə Suriyaya gedən İran prezidenti bu gün günorta saatlarında Dəməşqdəki “Xalq Sarayı”nda Əsədlə görüşüb.

Bu, İrandan Suriyaya son 13 ildə ilk prezident səfəridir. Sonuncu dəfə 2010-cu ilin oktyabrında İranın keçmiş prezidenti Mahmud Əhmədinejad bu ölkəyə səfər edərək Dəməşqdə Əsədlə görüşüb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108670