
İran zənginləşdirilmiş uranın yığılmasını ləngidir
İran yüksək zənginləşdirilmiş uranın yığılmasını əhəmiyyətli dərəcədə ləngidib. Bu, artıq payızda ABŞ-la nüvə problemlərinə dair danışıqların bərpası istiqamətində bir addım kimi qiymətləndirilə bilər.
Busaat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ında məqalə dərc olunub.
Mənbə bildirir ki, İran zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin zənginləşdirilməsi səviyyəsini aşağı salıb. Qəzet Tehranın bu addımı ABŞ-la nüvə danışıqlarının bərpası istiqamətində səylər çərçivəsində atdığını bildirib. “The Wall Street Journal”ın yazdığına görə, ABŞ administrasiyasının rəsmiləri İrana daha əvvəl bildiriblər ki, Tehran yayda nüvə proqramını məhdudlaşdırmaq üçün konkret addımlar atacağı təqdirdə, keçən payızda dayandırılmış danışıqların bərpasına baxmağa hazırdırlar.
Qəzet yazır ki, nəticədə İran hələ də 60% zənginləşdirilmiş uranın böyük ehtiyatlarına malikdir ki, bu da iki nüvə qurğusu hazırlamaq üçün kifayətdir.
Həmçinin, ABŞ və İranın məhbus mübadiləsinə dair razılığa gəldiyi bildirilib. Bu müqavilələrə əsasən, Tehran dondurulmuş ABŞ aktivlərindən 6 milyard dollar alacaq.























