
İrana qarşı ittihamlar Ukrayna hakimiyyətinə kömək etməyəcək – XİN
Başqalarını, xüsusilə də İranı günahlandırmaq Ukrayna xalqı və hakimiyyət orqanlarına kömək etməyəcək.
Busaat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bazar ertəsi Ukrayna prezidentinin İslam Respublikasına qarşı yeni ittihamlarını şərh edərkən deyib.
“İran Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı dəfələrlə öz mövqeyini açıqlayıb və İslam Respublikasının yüksək vəzifəli şəxsləri də ölkənin prinsipial mövqeyini bəyan ediblər. Biz vurğulayırıq ki, başqalarını günahlandırmaq Ukrayna xalqına və hakimiyyətlərinə kömək etməyəcək” – deyə, Kanani bildirib.
O qeyd edib ki, İran Ukraynadakı müharibənin bir hissəsi deyil və böhranın həllinə və sülhün bərqərar olmasına kömək etməyə hazırdır: “Biz hər hansı bir tərəfin təhdid çıxışını məsuliyyətsizlik hesab edirik və bu hədələyici bəyanatların siyasi və hüquqi nəticələrinə görə məsuliyyəti Ukrayna hökuməti daşıyır”.
Busaat.az























