
İranda daha 2 nəfər edam edildi
İranda “dini dəyərləri təhqir edən” iki nəfər edam edilib.
Busaat.az xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Ədliyyədən verilən yazılı açıqlamada Sədrullah Fazili Zari və Yusuf Mihrdadın edam hökmləri və edamlarının təfərrüatları paylaşılıb.
Açıqlamada Zari və Mihrdadın Məhəmməd peyğəmbəri və müqəddəs dəyərləri təhqir etdikləri, sosial media hesabı vasitəsilə bu mövzuda aktiv olduqları bildirilib.
Bundan əlavə, Zarinin sosial şəbəkədə Quranı yandırma görüntülərini paylaşdığı qeydə alınıb.
Sözügedən iki nəfərə verilən edam hökmlərinin bu gün səhər saatlarında icra olunduğu bildirilib.
Busaat.az























