Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 448 $▼7.00%
  • Ethereum1 742 $▼9.63%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İranda etiraz aksiyaları ilə bağlı 3 nəfər edam edildi

image-randa-daha-etnik-b-lu-edam-edilib-0-1653367159-768x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İranda nümayişlər zamanı təhlükəsizlik qüvvələrini öldürməkdə ittiham olunan 3 nəfər edam edilib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, İranda Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlər zamanı İsfahan əyalətində təhlükəsizlik qüvvələrinin 3 əməkdaşının öldürülməsi hadisəsində “dövlətə qarşı müharibə (döyüş) aparmaq” cinayətində təqsirli bilinərək edam cəzasına məhkum edilən 3 müttəhimin hökmü icra edilib.

İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin verdiyi məlumata görə, İsfahan şəhərinin Hane rayonunda təhlükəsizlik qüvvələrinə hücumda iştirak etdiyi iddiası ilə edam cəzasına məhkum edilən Salih Mirhaşimi, Məcid Kazimi və Səid Yakubi edam edilib. Edam edilən məhbusların ölkədə “terror təşkilatı” sayılan Xalq Mücahidləri Təşkilatı ilə əlaqəli olduğu iddia edilib.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında İranda 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra ölkə daxilində etirazlar başlayıb. Etirazlar zamanı, 2022-ci ilin noyabrında İsfahan şəhərinin Hane rayonunda təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücum nəticəsində 3 təhlükəsizlik işçisi – Muhsin Hamidi, Muhammed Kerimi və Muhsin Ceragi öldürülüb.

Hücumun iştirakçıları kimi saxlanılan Salih Mirhaşimi, Məcid Kazimi və Səid Yakubi İranda ən ağır cinayətlərdən biri olan “müharibə” cinayəti ilə yanvar ayında mühakimə olunduqları məhkəmədə edam cəzasına məhkum ediliblər. Təqsirləndirilən şəxslər məhkəmənin qərarından apellyasiya şikayəti vermək üçün Ali Məhkəməyə müraciət ediblər. Ali Məhkəmə mayın 10-da hökmü qüvvədə saxlayıb.

Ölkədə 4 aya yaxındır davam edən nümayişlərlə bağlı 10-dan çox adama ölüm hökmü çıxarıldığı halda, son edamlarla ümumilikdə 7 nəfər edam edilib. Ölüm hökmlərinin bəziləri Ali Məhkəmə tərəfindən ləğv edilib.

İran Cinayət Məcəlləsinə əsasən, “yer üzündə fitnə-fəsad törətmək (ifsad fi’l tədarükü)” və “dövlətə qarşı müharibə aparmaq” kimi cinayətlərdə təqsirləndirilənlər ölüm cəzası ilə mühakimə olunur və adətən ölüm hökmü verilir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110159