
İranda həyatını itirən etirazçıların sayının 476-ya yüksəldi
Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı (IHR) İranda nümayişlərdə həyatını itirənlərin sayının 476-ya yüksəldiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumat İHR-nin internet saytında dərc edilən hesabatda yer alıb.
Həyatını itirən nümayişçilərdən 34-nün qadın, 64-nün isə 18 yaşdan kiçik olduğu bildirilib.
Ölkənin 31 ostanından 25-i ilə bağlı məlumatların yer aldığı hesabata görə, ən çox itki sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verib.
Hesabatda Sistan-Bəlucistanda 130, Kürdüstanda 53, Qərbi Azərbaycanda 55, Tehranda 52, Mazandaranda 38, Gilanda 26, Kirmanşahda 25, Elborzda 23, İsfahanda 14, Farsda 11, Xuzistanda 11 , Rəzəvi Xorasanda 7, Şərqi Azərbaycanda 4, Loristan, Zəncan, Qəzvin və Həmədanda hər birində üç, Ərdəbil, İlam, Buşəhr və Hörmüzqanda iki nəfərin həyatını itirdiyi qeyd edilib.
Busaat.az























