
İranda “İsrail kəşfiyyatı ilə əməkdaşlıq etməkdə” ittiham olunan 4 nəfər edam edildi
İranda “İsrail kəşfiyyatı ilə əməkdaşlıq etmək və adam oğurlamaq” ittihamı ilə məhkum edilən 4 nəfər edam edilib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Entekhab xəbər saytı yayıb.
Məlumata görə, iyun ayında həbs edilən və ötən həftə məhkəmə tərəfindən edama məhkum edilən Hüseyn Orduxanzadə, Şahin İmani Muhammedabad, Milad Eşrefi Atbatan və Menuçehr Şehbendi Bocendi edam edilib.
Sözügedən 4 nəfər İsrail kəşfiyyatçılarının rəhbərliyi altında hərəkət etmək, insanları qaçırmaq, pul qarşılığında ictimai asayişi pozmağa cəhd etmək kimi ittihamlarla mühakimə olunub.
Busaat.az























